16.10.2019 12:43
528

UEFA Bolqarıstan Futbol İttifaqına qarşı intizam işi açıb.
Cempion.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Bolqarıstan millisinin Avro-2020-nin seçmə mərhələsində evdə İngiltərəyə uduzduqları görüşdə (0:6) yerli azarkeşlərin irqçi davranışları bu işin açılmasına səbəb olub. Bundan başqa, azarkeşlər görüşdə meydana kənar əşyalar atıblar. Bolqarıstanın epizodları stadiondakı böyük ekranda təkrar nümayiş etdirməsi UEFA tərəfindən qınanıb.
Qeyd edək ki, Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov bu gün istefa verib.