cümə, 04 iyul 2025

BİZİM FUTBOL

"Kapital Bank Arena"da yeni tribunanın tikintisi yenə təxirə düşdü

16.10.2019 14:00 Oxundu 548

"Sumqayıt"ın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"da ikinci tribunanın tikintisi yenə təxirə düşüb.
Cempion.az xəbər verir ki, bir müddət bundan əvvəl mətbuata açıqlama verən klubun prezidenti Riad Rəfiyev ən qısa zamanda işlərə start veriləcəyini bildirmişdi.Lakin aradan xeyli vaxt keçsə də bu məsələdə yenilik yoxdur. Dünən sözügedən arenaya baş çəkən zaman da bunun şahidi olduq. Ərazidə hansısa tikinti işlərinin aparılmasının şahidi olmadıq. Ancaq onu öytrəndik ki, tikinti ilə bağlı elan edilən tenderin qalibi məlum olsa da tikintiyə başlamaq üçün tələb olunan vəsait SOCAR tərəfindən hələlik qalib şirkətin büdcəsinə köçürülməyib.