cümə, 04 iyul 2025

BİZİM FUTBOL

Kiprlilər təhdid edir:  "Qarabağ"a qol vursaq"....

16.10.2019 11:58 Oxundu 797

Türkiyə yığmasının futbolçularının AVRO-2020-nin seçmə mərhələsində Fransa ilə oyundan (1:1) sonra hərbi salamla terrorçularla mübarizə aparan ordusuna dəstək nümayiş etdirməsi bəzi ölkələrdə narazılıqla qarşılanıb.
Cempion.az saytı xəbər verir ki, həmin ölkələr arasında Kipr də var. UEFA bu addımına görə Türkiyəyə qarşı intizam işi açsa da, kiprlilər qitə futbol qurumunu ikili yanaşmada günahlandırır.
Hətta yerli KIV Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la APOEL arasında keçiriləcək qarşılaşmada komandalarından analoji addımı gözləyir. Bununla bağlı yazılan məqalədə Nikosiya klubunun mərkəz müdafiəçisi, xüsusən də, müdafiəçi Giorqos Merkisdən Bakıda hərbi salam gözlənildiyi vurğulanıb: "Qarabağ" - APOEL görüşündə qol vursaq, Giorqos Merkisin bunu hərbi salamla qeyd etməsinə nə deyirsiniz? UEFA həyəcanlanacaq və izahat istəyəcəkmi? Qitə futbol qurumu türklərin hərəkətini böyük laqeydliklə izləyir".
Qeyd edək ki, "Qarabağ" - APOEL oyunu oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.