şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Modriç "Qalatasaray"la oyunu buraxacaq

16.10.2019 16:42 Oxundu 464

"Real"ın zədəli futbolçusu Luka Modriçin durumuna aydınlıq gəlib.  
Cempion.az "Marka"ya istinadən xəbər verir ki, Xorvatiya millisinin heyətində əzələsindən zədə alan 34 yaşlı yarımmüdafiəçinin qarşıdakı oyunları buraxacağı məlum olub.  Onun Çempionlar Liqasında "Qalatasaray"la görüşdə və İspaniya La Liqasında əzəli rəqibləri "Barselona" ilə matçda da iştirak edə bilməyəcəyi bildirilir.  Qeyd edək ki, "Real" "Qalatasaray"la oktyabrın 22-də, "Barselona" ilə isə oktyabrın 26-da qarşılaşacaq. Hər iki görüş səfərdə olacaq.