cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

İtaliya millisi rekordunu yenilədi 

16.10.2019 17:00 Oxundu 408

İtaliya millisi Avro-2020-nin seçmə mərhələsində Lixtenşteynə 5:0 hesabıyla qalib gəlməklə tarixi rekordunu yeniləyib.  
Cempion.az xəbər  verir ki, Roberto Mançininin rəhbərlik etdiyi komanda ardıcıl 9 oyundur ki, qələbə qazanır.
Yığmanın qalibiyyət seriyası 2018-ci ilin martında ABŞ-la oyundan (1:0) başlayıb.  İtaliya millisi sonuncu dəfə 1938-ci ildə Vittorio Potsonun rəhbərliyi altında dalbadal 9 rəsmi matçda qələbə qazanmışdı.  Qeyd edək ki, İtaliya yığması Avro-2020-nin seçmə mərhələsində yer aldığı J qrupunda 24 xalla liderdir.