cümə axşamı, 03 iyul 2025

BİZİM FUTBOL

UEFA Qurban Qurbanovla bağlı yalnışlığa yol verdi

16.10.2019 18:00 Oxundu 432

UEFA "Qarabağ" və Kipr APOEL-i arasında keçiriləcək Avropa Liqasının III tur matçına dair statistik məlumatlarda yanlışlığa yol verib.  


Cempion.az xəbər verir ki, qurumun rəsmi saytı Qurban Qurbanovun Ağdam klubunun baş məşqçisi kimi 100-cü avrokubok oyununa çıxacağını qeyd edib.

Amma 48 yaşlı məşqçi üçün yubiley ötən tur Lüksemburqda "Düdelanj"la görüşə təsadüf etmişdi.  "Qarabağ" - APOEL qarşılaşması oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:55-də başlayacaq.