cümə axşamı, 03 iyul 2025

DÜNYA FUTBOLU

Ronaldonun fantastik instagram qazancı

16.10.2019 18:23 Oxundu 577


"Yuventus"un hücumçusu Kriştianu Ronaldo ötən il sosial şəbəkədən ən çox gəlir götürən şəxs olub.  
Cempion.az “La Gazzetta Sport”a istinadən xəbər verir ki, portuqaliyalı superulduz son 12 ay ərzində şəxsi "İnstagram" səhifəsində hər biri 900 min avro olmaqla 49 reklam xarakterli paylaşım edib.
Bu isə ümumilikdə 44.1 milyon avro deməkdir.  "Barselona"nın hücümçusu Lionel Messi isə reytinqdə ikinci yeri tutur. Argentinalı futbolçu 2018-ci ildə "İnstagram"da biri 590 min avro dəyərində 36 mesaj yerləşdirərək, 21.2 milyon avro qazanıb.  “Mançester Yunayted”in sabiq oyunçusu Devid Bekhem təxminən 10 milyon avroluq gəlirlə 4-cü, PSJ-nin hücumçusu Neymar isə təqribən 6,5 milyon avro ilə 6-cı olub.