cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Mövsümün ilk "El-Klassiko"su təhlükədədir?

16.10.2019 16:42 Oxundu 504

Mövsümün ilk "El-Klassiko"su oktyabrın 26-da “Nou Kamp”da keçirilməlidir. Ancaq La Liqa rəhbərliyi Barselonadakı  siyasi gərginliyin bu görüşün keçirilməsinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edir. Cempion. az "Marka" nəşrinə istinadən bildirir  ki, La Liqa rəhbərliyi siyasi liderlərin məhkəmə hökmlərinə etiraz əlaməti olaraq Barselonada keçirilən aksiyalara görə klublara müraciət edərək ilk "El-Klassiko"nu Madriddə keçirməyi təklif edib. Əvəzində 2020-ci ilin mart ayında keçirilməli olan ikinci dövrənin oyunun Barselonada təşkil etmək istəyir.
Xatırladaq ki, “Real Madrid” hazırda 18 xalla liderdir. “Barselona” isə liderdən 2 xal geri qalır.