cümə, 19 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ" - APOEL oyunun biletinin qiyməti 2-75 manat arasında dəyişir

16.10.2019 17:19 Oxundu 804

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Ağdamın “Qarabağ” komandası oktyabrın 24-də Kiprin APOEL klubunu qəbul edəcək. Qarşılaşmanın biletləri sabah, saat 12:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olacaq.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn).