cümə axşamı, 03 iyul 2025

BİZİM FUTBOL

Futzal millimizin dünya çempionatı üçün heyəti məlum oldu

17.10.2019 12:42 Oxundu 534



Dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan millisinin bu gündən Bakıda təlim-məşq toplanışı başlayıb.

Cempion.az xəbər verir ki, toplanışa 20 futzalçı dəvət olunub. Onların siyahısını və millimizin yer aldığı qrupun oyunlarının təqvimini təqdim edirik:

Millinin heyəti: Rövşən Hüseynli, Kamran Hacıyev, Nihad İsmayılov, Xətai Bağırov, İsa Atayev, Rizvan Fərzəliyev, Ramiz Çövdarov, Hadi Ahmadi, Vahid Shafiei, Amir Shojaei (hamısı "Araz Naxçıvan"), Elnur Zamanov, Oktay Rüstəmli (hər ikisi "Neftçi" İK), Vitali Borisov ("Marafon"), Faiq Əliyev (EKOL), Teles Martins Tyago ("Norlisk Nikel", Rusiya), Kardoso Everton ("Levante", İspaniya), Melo Borqes Eduardo ("ACCS Futsal", Fransa), Oliveira Do Naşimento Villiams ("Alarabi Sportinq Klub", Küveyt), Karvalyo Vilela dos Santos ("Kopaqril Futsal", Braziliya), Eshagh Soorghali (klubsuz).

Oyunların təqvimi

23 oktyabr

17:00. Slovakiya – Monteneqro

20:00. Azərbaycan – Moldova

24 oktyabr

17:00. Moldova – Slovakiya

20:00. Azərbaycan – Monteneqro

26 oktyabr

17:00. Monteneqro – Moldova

20:00. Slovakiya – Azərbaycan

Qrupun bütün oyunları Bakı İdman Sarayında keçiriləcək.