cümə axşamı, 03 iyul 2025

BİZİM FUTBOL

Xorvat futbolçu: "Macarıstanla oyunda Azərbayanın bəxti gətirmədi"

17.10.2019 13:20 Oxundu 522



"Uels səfərindən bir xalla qayıtdıq. Halbuki ora qələbə ardınca getmişdik. Azərbaycanın Uelsə qarşı oynadığı oyunu görmüşdük. Onlara qarşı çətin olacağını ehtimal edirdik".

Cempion.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında Xorvatiya millisinin üzvü Dario Melnyak deyib.
Xorvatiyalı müdafiəçi həmin gün Azərbaycan millisinin Macarıstana qarşı keçirdiyi oyun barədə də danışıb. O, milli komandamızın macarlara vurduğu son dəqiqə qolunun qeydə alınmamasına görə təəssüfləndiyini söyləyib: "Azərbaycanın Macarıstana minimal hesabla uduzduğunu bilirəm. Bəli, Azərbaycanın son dəqiqədə qol vurmasından da xəbərdaram. Amma həmin məsələ haqda geniş nəsə deyə bilməyəcəm. Demək ki, Azərbaycanın Macarıstandan xal almaq üçün bəxti gətirməyib. Ümid edirəm ki, qarşıdakı oyunlarda Azərbaycan xallarını qazanacaq".