bazar, 24 avqust 2025

BİZİM FUTBOL

Dmitri Nazarov: "Rəşadın rekordunu qırmaq üçün  bir neçə il oynamalıyam"

17.10.2019 16:17 Oxundu 442



"Azərbaycandan bir çox xüsusi təklif alıram. Beynəlxalq matçlar yaxınlaşır. Belə oyunlar hər zaman diqqət çəkir. Ancaq "Erzgebirge"də özümü yaxşı və dəyərli hiss edirəm. Buna görə klubumla yeni müqavilə bağladım".

Cempion.az-ın məlumatına görə, bu sözləri Almaniya ikinci bundesliqa təmsilçisi "Erzgebirge"də oynayan millimizin futbolçusu Dmirti Nazarov "Tag 24"ə deyib.
Avro-2020-nin seçmə mərhələsində Macarıstanla (0:1) oyunu cəzalı duruma düşdüyü üçün buraxan 29 yaşlı hücumçu millidə 40 oyunda 8 qol vurub. O, 111 matçla millidə ən çox oyun keçirən Rəşad Sadıqovun rekordunu qırmaq istədiyini zarafatla söyləyib: "Son 7 ildə ilk dəfə milli komanda üçün oynaya bilmirəm. Millidə 40 oyun keçirmişəm. Bu rekordu qırmaq üçün hələ bir neçə il də oynamalıyam (gülür)".