17.10.2019 18:35
455

PSJ-nin futbolçusu Neymar Paris klubunda zədə problemindən qurtula bilmir.
Cempion.az-ın xəbərinə görə, İspaniya mətbuatı hesablayıb ki, braziliyalı hücumçu 2017-ci ilin yayından çıxış etdiyi Fransa təmsilçisində zədə səbəbindən 318 gün komandadan ayrı qalıb.
Neymar son olaraq bu ay Braziliya millisinin düşərgəsində Nigeriya ilə yoxlama görüşü vaxtı zədəıənib. Onun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.