bazar, 24 avqust 2025

BİZİM FUTBOL

Xayme Romero məşqlərə başladı

17.10.2019 20:00 Oxundu 523



"Zirə" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Xayme Romero komanda ilə birgə məşqlərə başlayıb.

Cempion.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Ağdam klubunun son hazırlığında tam gücü ilə məşq edib.
Xayme zədə səbəbindən Avropa Liqasında "Düdelanj"la matçı (4:1) buraxmalı olmuşdu. Futbolçunun oktyabrın 24-də APOEL-lə Bakıda keçiriləcək qarşılaşmaya hazır olacağı gözlənilir.