şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Millimizin  hücumçusu Belçika klubunun maraq dairəsində

17.10.2019 16:05 Oxundu 578



21 yaşlılardan ibarət milli komandamızın üzvü Doğukan Öksüz karyerasını Belçikada davam etdirə bilər. AÇ-2021-in seçmə mərhələsində dörd oyun keçirən futbolçu fərqlənməsə də, xarici klubların diqqət mərkəzinə düşüb.
Cempion.az-ın məlumatına görə, 21 yaşlı hücumçunu Belçikanın "Vesterlo" klubu öz heyətində görmək istəyir.
"Eyüpspor"da çıxış edən futbolçunun Belçikaya yollanıb-yollanmayacağı qışda bilinəcək.