çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Slovakiya - Azərbaycan oyunu Bratislavadan Trnavaya keçirildi

17.10.2019 22:01 Oxundu 378

Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiyaya qarşı keçirəcəyi matçın stadionu dəyişdirilib. Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi paytaxt Bratislavadakı Milli Futbol Stadionunda baş tutmayacaq. Buna səbəb Bratislavadakı arenanın ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır. UEFA görüşün Trnava şəhərindəki Anton Malatinski adına Stadionda keçirilməsinə icazə verib.
Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.