şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

"Kəpəz"də stadion problemi davam edir: U-15 Xanlara köçdü

18.10.2019 15:17 Oxundu 495

"Kəpəz"də stadion və baza problemi davam edir.
Cempion.az-a daxil olan məlumata görə, mərkəzi stadionun xidmətindən əsas komanda istifadə edir.
Bu yaxınlarda yeni süni örtüklü meydança döşənsə də bu da problemi tam həll etmir. Çünki oradan da U-17 komandası istifadə edir. Məhz stadion problemi səbəbindən "Kəpəz"in U-15 komandası Xanlara köçməli olub. Sözügedən komanda ölkə çempionatında rəqibləriniu məhz qonşu rayonda qəbul edir.