cümə axşamı, 03 iyul 2025

DÜNYA FUTBOLU

Messi İspaniya çempionatını Çempionlar Liqasından üstün sayır

18.10.2019 15:25 Oxundu 426

"Barselona"nın hücumçusu Lionel Messi komandasının prioritet hədəfləri barədə danışıb.
Cempion.az xəbər verir ki, argentinalı açıqlamasında Primero ilə Çempionlar Liqası arasındakı müqayisədən söz açıb: "Çempionlar Liqası bizim üçün xüsusi turnirdi və hər il qalib olmaq istəyirik. Amma La Liqa daha vacibdi, çünki çempionat bizə Çempionlar Liqası və İspaniya Kubokunda rəqabətə dözümlü komanda olmaq üçün imkan yaradır. Çempionatda bərbad çıxış edərək Avropada uğur qazanmaq çətin məsələdi. Düzdü, əksər hallarda Çempionlar Liqasını qazanmaq barədə danışırıq. Amma biz La Liqanı və İspaniya Kubokunu da unutmuruq. Çünki "Barselona" iştirak etdiyi bütün turnirlərdə qalib olmağa çalışır".