cümə axşamı, 03 iyul 2025

BİZİM FUTBOL

APOEL-lə oyun üçün 30 min bayraq

18.10.2019 15:45 Oxundu 434

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə Bakıda keçiriləcək görüşdə növbəti dəfə bayraq aksiyası təşkil edəcək.
Çempion.az xəbər verir ki, bununla bağlı UEFA-ya müraciət edilib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün 30 min Azərbaycan bayrağı sifariş verilib. Bayraqlar oyun günü tribunalara düzüləcək.
Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək "Qarabağ” - APOEL görüşü saat 20:55-də başlayacaq.