18.10.2019 16:10
480
480
“Çelsi”nin sabiq futbolçusu Eşli Koul yenidən London təmsilçisinə qayıdıb.
Cempion.az klubun saytına istinadən xəbər verir ki, bir müddət əvvəl futbolçu karyerasını bitirən Koul, “Çelsi”nin 15 yaşadək futbolçulardan ibarət komandasını çalışdıracaq.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2006-2014-cü illərdə “Çelsi”də çıxış edib