cümə axşamı, 03 iyul 2025

DÜNYA FUTBOLU

"Fənərbağça"dan Azərbaycana təbrik

18.10.2019 16:45 Oxundu 417



Bu gün Azərbaycan Milli Müstəqillik Gününü qeyd edir.
Cempion.az xəbər verir ki, Türkiyə nəhəngi "Fənərbağça" buna biganə qalmayıb. İstanbul klubu sosial şəbəkədəki rəsmi hesabı vasitəsilə ölkəmizi təbrik edib: "Dost və qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun".
Qeyd edək ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan 1991-ci il 18 oktyabr tarixində öz dövlət müstəqilliyini bərpa edib.