18.10.2019 18:00
416

"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi Mehmet Ak Türkiyədə yeni iş yeri tapıb.
Cempion.az xəbər verir ki, türkiyəli mütəxəssis üçüncü liqada mübarizə aparan "Yeşilyurt Bələdiyyəspor"la anlaşıb.
O, komandaya gələr-gəlməz maraqlı addımı ilə Türkiyə mətbuatının gündəminə düşüb. Ak futbolçularını oyunlara daha yaxşı motivasiya etmək üçün onlara dünya idmanında uğurları ilə tanınan idmançıların bioqrafiya kitablarını hədiyyə edib. Neymar, Ronaldo, Lionel Messi, Rafal Nadal, Mariya Şarapova, Novak Cokoviçin həyatından bəhs edən kitabları futbolçularına hədiyyə edən türkiyəli mütəxəssisin bu addımının hansı effekt verəcəyini yaxın gələcək göstərəcək.