cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Ermənistan millisinin baş məşqçisi istefa verdi

18.10.2019 13:29 Oxundu 450

Ermənistan milli komandasının baş məşqçisi Armen Gülbudaqyants tutduğu vəzifədən istefa verib.
Cempion.az Ermənistan Futbol Federasiyasının rəsmi saytına istinadən bildirir  ki, bu istefa milli komandanın AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaması ilə əlaqədardır.
Gülbudaqyants özü bu barədə belə deyib: " Bir ildir komandanın sükanı arxasındayam. Bu müddətdə sevincli və kədərli günlərimiz oldu. Seçmə mərhələ hələ başa çatmasa da mən komandanın baş məşqçisi postundan getmək kimi çətin bir qərar qəbul etdim. Çünküi milli komandamızın azarkeşləri bizdən final mərhələsinə vəsiqə qazanmağı gözləyirdilər.  Mən bu etimadını doğrulda bilmədim. Doğrudur, mənim qarşıma belə bir vəzifə qoyulmamışdı, amma mən həmişə bu məsuliyyəti hiss etmişəm".
Xatırladaq ki, Ermənistan milli komandası hazırda 10 xalla qrupda üçüncü yerdə gedir və finala çıxmaq imkanlarını hələ də saxlayır.