cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Lionel Messi: "Özüm haqqında danışmağı sevmirəm"

18.10.2019 15:55 Oxundu 552

"Barselona" nın kapitanı Lionel Messi Ronaldo və İbrahimoviç kimi öz uğurları haqqında danışmağı sevmir. Cempion.az bildirir ki, bu barədə "Marka" nəşri yazıb.
- Sual verirsiniz ki, Ronaldo və İbrahimoviç öz uğurlarından danışır, mən niyə danışmıram? Mən kim olduğumu, nələrə nail olduğumu və nələr edə biləcəyimi bilirəm, amma özümdə saxlayıram. Mənim haqqımda başqalarının danışmalarına üstünlük verirəm. Başqaları mənim haqqımda nəsə deyə bilərlər. Mən özüm haqqında danışmağı xoşlamıram, komanda haqqında danışmağı xoşlayıram ", - "Marka" nəşri Messidən sitat gətirir.