cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

APOEL rəsmisi Bakı səfəri haqda: "Bizə deyildi ki, çoxlu əsgərlər olacaq"

18.10.2019 19:10 Oxundu 442

"Bizim azarkeşlər tərəfindən "Qarabağ"la səfər oyununa maraq elə də böyük deyil. Bakıya çox tərəfdar aparmayacağıq. Bütün detallar razılaşdırılıb. Orada əlavə təhlükəsizlik tədbirləri görüləcək. Düşünürük ki, hər şey yaxşı olacaq".
 


Cempion.az xəbər verir ki, bu sözləri APOEL-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos Kipr mətbuatına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsinin III turunun "Qarabağ"la səfər oyununda Nikosiya təmsilçisini dəstəkləmək üçün Bakıya 100-ə yaxın kiprli azarkeş gələcək. Klub rəsmisi azərbaycanlı fanatlarla onlar arasında hansısa problemin ola biləcəyinə inanmır:
 

"Bizimlə görüşün Azərbaycan daxilində necə əks-səda doğurduğunu Çempionlar Liqasının III təsnifat mərhələsi matçında gördük. Bu qarşılaşma siyası ölçüyə malik idi. Biz bu cür olayların iştirakçısı olmaq istəmirik. "Qarabağ" rəhbərliyi ilə çox yaxşı münasibətlərimiz var. Ora öz işimizi görməyə gedirik və bunu da edəcəyimizə əminəm".
 

Nektarios "Qarabağ" - APOEL matçının yüksək riskli oyun hesab olunması məsələsinə də münasibət bildirib: "Səfər oyunu olduğundan ətraflı məlumatım yoxdur. Bildiyimiz yeganə şey odur ki, stadionda əsgərlər də olacaq. Bizə bildirdilər ki, təhlükəsizlik xidmətinin əməkdaşları da vəziyyətə nəzarət edəcəklər və azarkeşlərimizlə bağlı heç bir problem olmayacaq".
 

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL oyunu 20:55-də başlayacaq.