cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Barselona" - "Real" oyunu Argentinada?

18.10.2019 20:00 Oxundu 426


Argentinalı azarkeşlər yerli futbol federasiyasına müraciət ediblər. 


Cempion.az xəbər verir ki, argentinalılar federasiyaya İspaniya primerosunun 9-cu turunun "Barselona" – “Real” oyununun Buenos-Ayresdə keçirilməsini təklif ediblər.


Ötən mövsüm Argentinadakı mitinqlərə görə Libertadores kubokunun “Boka Xuniors” və “River Pleyt” arasındakı final görüşü “Santyaqo Bernabeu”da keçirilmişdi. Bu dəfə isə argentinalılar "El Klassiko"nun Argentinada keçirilməsini istəyirlər.
 

“Barselona” – “Real” matçı oktyabrın 26-da “Kamp Nou”da keçirilməlidir. Amma Kataloniyadakı mitinqlərə görə oyunun təxirə salınmasına qərar verilib.