şənbə, 05 iyul 2025

DÜNYA FUTBOLU

"Ronaldo məni əsgər salamı ilə qarşıladı"

19.10.2019 12:12 Oxundu 401



Türkiyə millisinində çıxış edən "Yuventus"un futbolçusu Merih Demiralı komanda yoldaşı Kriştiano Ronaldo əsgər salamı ilə qarşılayıb.


Cempion.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 21 yaşlı müdafiəçinin özü məlumat verib: "Yuventus”un düşərgəsinə qayıdarkən Ronaldo bazada məni əsgər salamı ilə qarşıladı. Bir az şoka düşsəm də, qürur duydum. İndi italiyalı senatorların nə edəcəyini maraqla gözləyirəm”.

 

Qeyd edək ki, "Yuventus"un M.Demiralı Avro-2020-nin seçmə mərhələsində Fransa ilə matçda əsgər salamı verdiyi üçün cəzalandıracağı iddia olunur.