19.10.2019 12:43
360

"Liverpul" futbolçusu Joel Matiplə müqavilənin müddətini uzadıb.
Cempion.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, kamerunlu müdafiəçi ilə 5 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, J.Matip 2016-cı ildən İngiltərə təmsilçisində oynayır. O, indiyə kimi 107 matçda iştirak edib.