19.10.2019 14:00
392

UEFA özünün təşkil etdiyi turnirlərin püşakatmalarında Rusiya və Kosovo milli komandalarını eyni qrupa salmayacaq.
Cempion.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bu qərar UEFA Fövqəladə Komissiyasının iclasında qəbul edilib.
Səbəb kimi iki ölkənin təmsilçiləri arasındakı oyunların keçirilməsi ilə bağlı təhlükəsizlik riskləri göstərilib.
2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsində Rusiya və Kosovo milliləri eyni qrupa düşüb. Həmin görüşlərin isə neytral meydanda olacağı vurğulanıb.