şənbə, 05 iyul 2025

BİZİM FUTBOL

Sansone "Neftçi"dən getmə səbəbini açıqladı

19.10.2019 15:47 Oxundu 492


Azərbaycanda üç ay yarım keçirdim. Karyeramda dəyişikliklər etmək istəyirdim".


Cempion.az xəbər verir ki, bu sözləri “Neftçi”nin  sabiq futbolçusu Canluka Sansone deyib.


İtaliyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında "ağ-qaralar"dan tez ayrılmasının səbəbini açıqlayıb: “Neftçi”də çalışan italiyalı baş məşqçi Roberto Bordin mənə zəng vurub, kömək göstərməyimi xahiş etdi. Mən də razılaşdım. Amma geri tez qayıtdım. Çünki orada asan deyildi. Fərqli mədəniyyəti hiss edirdim. Həm də 32 yaşında evli olmamağım mənə çətinlik yaradırdı”.


Qeyd edək ki, hazırda D seriyası təmsilçisi “Audase”da çıxış edən Sansone 2019-cu ilin fevralından mayına qədər “Neftçi”də oynayıb və 11 matçda 2 qol vurub.