şənbə, 05 iyul 2025

DÜNYA FUTBOLU

1.12 milyard insanın izlədiyi dünya çempionatı

19.10.2019 16:35 Oxundu 403


Fransanın bu il ev sahibliyi etdiyi qadınların dünya çempionatı izləyici rekordu qırıb.

 

Cempion.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu il sözügedən turniri 1.12 milyard şəxs  TV-dən canlı olaraq izləyib. Bu isə turnirin tarixi üçün rekorddur.



ABŞ-ın Hollandiyaya 2:0 hesabı ilə qalib gələrək tarixində 4-də dəfə çempion olduğu final görüşünə isə 260 milyon insan  baxıb. Bu, turnirin tarixində ən çox izlənilən matç olub.
 

Qeyd edək ki, bundan əvvəlki rekord Kanadada keçirilən DÇ-2015-ə məxsus idi - 764 milyon.