19.10.2019 20:00
410

Kriştiano Ronaldonun "Yuventus"a transferi Turin klubuna əməlli-başlı xeyir gətirib.
Cempion.az xəbər verir ki, öz oyunuyla "Qoca Sinyora"nı arxasınca daşıyan portuqaliyalı ulduz maliyyə məsələsində də italyanları xeyli irəli salıb.
34 yaşlı superulduzun geridə qalan müddətdə 1 milyon forması satılıb. Bu, klubun büdcəsinə 58 milyon avro qazandırıb. Bundan başqa, klub azarkeşlərinin sayı 38 milyona çatıb, "Yuventus"un rəsmi "İnstagram" səhifəsinə daha 34 milyon izləyici gətirib.