cümə axşamı, 03 iyul 2025

BİZİM FUTBOL

"Keşlə" - "Sabah" matçından sonra qalmaqal: Təmkin Xəlilzadə hakimə hücum çəkdi

19.10.2019 21:46 Oxundu 499


Azərbaycan Premyer Liqasının 8-ci turunda bu gün keçirilən "Keşlə" - "Sabah" oyunundan  sonra qalmaqal baş verib.



Cempion.az-ın məlumatına görə, qonaq komandanın futbolçusu Təmkin Xəlilzadə matç bitən kimi görüşün baş hakimi Kamal Umudlunun üzərinə hücum  edib.


Bu zaman millimizin üzvünü polislər meydandan çıxarıb. Bu hərəkətinə görə baş hakim T.Xəlilzadəyə qırmızı vərəqə göstərib.
 

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçın 90+3-cü dəqiqədə "Sabah"ın futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan qovulub.