şənbə, 05 iyul 2025

BİZİM FUTBOL

Araz Abdullayev "Qarabağ"ın əsas heyətindən kənarlaşdırıldı

20.10.2019 15:00 Oxundu 477



"Qarabağ”ın futbolçusu Araz Abdullayevin adı Premyer Liqanın 8-ci turunda “Qəbələ” ilə oyunun iştirak ərizəsinə daxil edilməyib.


Cempion.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə “İnstagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün məşqçilər heyəti bu addımı atıb.


Millimizin üzvünün hansı müddətə əsas komandadan uzaqlaşdırıldığı bəlli deyil.
 

Xatırladaq ki, A.Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib.