çərşənbə, 02 iyul 2025

BİZİM FUTBOL

Eddi Israfilov 90 dəqiqə oynadı

22.10.2019 10:45 Oxundu 426



Futbol üzrə İspaniya 2-ci liqasında 12-ci turun oyunları keçirilir. 


Cempion.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
 

Sözügedən klub səfərdə “Fuenlabrada” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.


İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


“Albasete” hazırda 19 xalla 22 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.