şənbə, 05 iyul 2025

BİZİM FUTBOL

Dario Federiko: "Qarabağ"ın xal itirməsi bizi sevindirir" - MÜSAHİBƏ

21.10.2019 11:30 Oxundu 399



"Neftçi"nin braziliyalı hücumçusu Dario Federiko Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra  jurnalistlərin suallarını cavablandırıb. Cempion.az həmin müsahibəni sizə təqdim edir:



 

- Çox vacib qələbə qazandıq. Ardıcıl 3-cü qələbəmiz bizi turnir cədvəlində 2-ci pilləyə qaldırdı. Bununla kifayətlənməməli, öz üzərimizdə işləməliyik. Çalışmaqla daha yaxşı nəticələr gələcək.

- Demək olarmı ki, "Neftçi" "qara zolaq"dan çıxıb?

- Məncə, ardıcıl 3 matçda qalib gəlməklə "qara zolaq"dan çıxmış sayılırıq.

- Bugünkü qalibiyəti "Neftçi" üçün asan qələbə adlandırmaq olar?

- İnanmıram ki, hansısa oyun "Neftçi" üçün asanlıqla əldə olunub. Çünki hər oyunda vuruşmuşuq, mübarizə aparmışıq və əzmkarlıqla qələbə qazanmışıq. Asan oyun olduğunu deməzdim.

- Əsas rəqibiniz "Qarabağ" hesab olunur. Necə düşünürsünüz, liderə çatmaq mümkün olacaq?

- Təbii ki, sona qədər mübarizə aparacağıq. Hər görüşdə qələbə qazanmağa çalışacağıq. Rəqibimizin xal itirdiyi vaxt daha çox qələbə üçün çalışacağıq ki, ilk pilləyə yaxınlaşaq.

- Liderin "Qarabağ"ın xal itirməsi sizi sevindirirmi?

- Təbii ki, çempionluğa oynayan komanda ondan yuxarı pillədə olan komandanın xal itirməsini görəndə sevinir.