çərşənbə, 02 iyul 2025

BİZİM FUTBOL

Pavel Paşayev "Dinamo"ya qarşı oynadı

21.10.2019 13:20 Oxundu 431



Ukrayna Premyer Liqasında 11-ci tura yekun vurulub.
Cempion.az-ın məlumatına görə, millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə "Dinamo" (Kiyev) ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. P.Paşayev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, 11 turdan sonra "Aleksandriya" 19 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.