çərşənbə, 02 iyul 2025

BİZİM FUTBOL

Lənkərandakı davanın əsas səbəbi: nə polis olub,  nə də təcili yardım - VİDEO

21.10.2019 14:00 Oxundu 507

 U-17 liqasında baş tutan "Xəzər Lənkəran" - "Kəpəz" matçında xoşagəlməz hal yaşanıb.

Cempion.az xəbər verir ki məğlubiyyəti həzm edə bilməyən bir neçə lənkəranlı azarkeş matçın sonlarına yaxın meydana daxil olub "Kəpəz"in futbolçularına hücum edib. Hətta, sözügedən azarkeşlərdən biri, gəncəlilərin qapıçısına söyüş söyüb, üstəlik fiziki təzyiq göstərməyə çalışıb. Ancaq maraqlısı budur ki, baş hakim məhz özünü azarkeşlərdən qorumağa çalışan qolkiperi qırmızı vərəqə ilə cəzalandırıb.
Adlarının çəkilməsini istəməyən hadisə şahidlərinin və bəzi valideynlərinin saytımıza veriyi məlumata görə oyun zamanı Lənkəran stadionunda heç bir təhlükəsizlik tədbiri görülməyib. Arenada nə polis olub, nə yanğınsöndürən, nə də ki, təcili yardım. Məhz polisin olmamasından istifadə edən yerli azarkeşlər oyunun  gedişində stadiona daxil olaraq "Kəpəz"in futbolçlarına, xüsusilə də qapıçı Cavid Qurbanova hücum çəkiblər. Sizə təqdim etdiyimiz videodan da aşkar görünür ki, stadionda heç bir təhlükəsizlik təminatı yoxdur.