21.10.2019 15:00
404

Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd bin Salman yenidən “Mançester Yunayted”i almaq fikrinə düşüb.
Cempion.az xəbər verir ki, 35 yaşlı milyarder "qırmızı şeytanlar"ın sahiblərinə ikinci dəfə müraciət edib. Salman bu dəfə 3.5 milyard avro təklif edib. Amma o yenə imtina cavabı alıb. Klubun sahibi - Qleyzer ailəsi konkret rəqəm söyləməsə belə, bu məbləğin çox az olduğunu bildirib.
Britaniya mətbuatı iddia edir ki, 2005-ci ildən klubu himayəsinə alan Kevin Qleyzerin son illər qeyri-sabit çıxış edən "Mançester Yunayted"i satmaq fikri yoxdur.