şənbə, 05 iyul 2025

BİZİM FUTBOL

"Sumqayıt" İsayevi geri qaytardı və əvəzedici komandaya göndərdi

21.10.2019 15:38 Oxundu 512

Qalmaqallı şəkildə "Sumqayıt"ın düşərgəsini tərk etmiş və müqaviləsi ola-ola 5 aydır Rusiyada olan Aleksey İsayev, nəhayət, geri qayıdıb.
Cempion.az xəbər verir ki, klubu onu FİFA-ya şikayət edəcəyi ilə bağlı hədələdikdən sonra rusiyalı geri dönməyə məcbur olub.
Geri dönən kimi də cəza olaraq onu əvəzedici komandaya gönəriblər. Onun nə zaman əsas komandaya qayrarılacağı hələlik bilinmir.
Qeyd edək ki, milliyə də dəvət alan Alekseyin "Sumqayıt"la mövsümün sonuna kimi müqaviləsi var.