çərşənbə, 02 iyul 2025

BİZİM FUTBOL

Ramazanov 8 illik karyerasında 6 komandada oynayıb

21.10.2019 12:46 Oxundu 509

“Səbail”in futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasında 150-ci oyununu keçirib. Cempion.az PFL-in rəsmi saytına əsasən bildirir ki, futbolçunun yubiley çıxışı VIII turun “Sumqayıt”la matçına (0:2) təsadüf edib. Ölkə çempionatında 2011/12 mövsümündə “Neftçi”nin futbolçusu kimi debüt edən hücumçu 150-yə iştirakçısı olduğu 9-cu çempionatda çatıb. O, ümumilikdə 8 illik karyerasında 6 komandanın formasını geyinib. “Xəzər Lənkəran”da daha çox – 59 oyun keçirən Ağabala “Sumqayıt”da 33, “Səbail”də 26, “Qarabağ”da 18, “İnter”də (indiki “Keşlə”) 13, “Neftçi”də 1 dəfə meydana çıxıb.
Qeyd edək ki, Ramazanov Azərbaycan çempionatları tarixində 150 və daha çox oyun keçirən 230-cu futbolçudur.