çərşənbə, 02 iyul 2025

BİZİM FUTBOL

U-16 millisinin heyətinə dəyişiklik

21.10.2019 20:00 Oxundu 461


Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. 
Cempion.az xəbər verir ki, “Qəbələ”dən dəvət edilən Sərxan Mirzəzadə zədə səbəbindən hazırlıq prosesindən kənarlaşdırılıb. Onun əvəzində “Neftçi”dən Əfqan Nuriyev toplanışa dəvət olunub.
U-16-nın oktyabrın 22-dək Bakıda, ayın 22-dən 25-dək Moldovada təlim-məşq toplanışı olacaq. Hazırlıq müddətində komanda oktyabrın 23-də və 25-də Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunları keçirəcək