21.10.2019 18:26
646


Dünən "Baksel Arena"da keçirilən "Neftçi"-"Zirə" oyununda meydan sahibləri böyükhesablı qələbə qazandı. Buna baxmayaraq, komandanın fan-klublarından biri yenə "istefa" şüarları səsləndirməkdə davam edirdi. Çox keçmədən polis həmin qrupu meydançadan uzaqlaşdırdı.
Azarkeşlərin rəhbərliyi niyə istefa çağırdığını deyə bilmərik. Görünən odur ki, azarkeşlər söz deməkdə azad deyllər. Yəni "istefa" sözünü dilə gətirmək olmaz. Bəllidir ki, stadionlara ən biədəb sözlər eşitmək mümkündür. Söyüş söyənlərə heç nə demirlər. Deməli, söymək olar. Amma "İstefa" söyləmək qadağandır.