çərşənbə, 02 iyul 2025

BİZİM FUTBOL

ŞOK: AFFA danışılmış oyunlara görə iki oyunçunu futboldan uzaqlaşdırdı

22.10.2019 01:46 Oxundu 483
Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib. Cempion.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda birinci divizionda çıxış edən “Ağsu” klubunun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakına görə araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulması haqda qərar verilib.
Adıçəkilən futbolçular bir neçə görüşdə qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəznində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən oyun alqı-satqısında şübhəli biliniblər.