22.10.2019 12:00
806


Xəbər verdiyimiz kimi, adı şübhəli oyunlarda iştirak etməkdə hallandırılan və bunda şübhəli bilinən "Ağsu"nun iki futbolçusunu futboldan kənarlaşdırıb.
Cempion.az xəbər verir ki, söhbət Elçin Həşimov və Ruslan Mirzalıyevdən gedir. Hazırda hər iki futbolçu ilə bağlı araşdırma aparılır.
İndiki halda maraq doğurdan məsələ "Ağsu"nun çempionatdakı taleyi ilə bağlıdır. Yəni komanda çempionatdan kənarlaşdırılacaq, ya yox? Sual oluna bilər ki, iki futbolçu fərdi şəkildə hansısa çirkin oyuna gedibsə, burda komandanın günahı nə? Amma bu iki futbolçunun fərdi şəkildə bu işə getdiyi hələ sübuta yetirilməyib. Ola bilsin araşdırma zamanı "oyun"un miqyası genişlənsin. Digər tərəfdən, xatırlayırsınızsa bu ilin əvvəli "Region Liqası"nda "Füzulu" və "Baku City" komandaları arasında keçirilən yarımfinal matçından sonra hər iki komandada fərdi olaraq iki futbolçunun gizlin danışığa getdiyi məlum olmuşdu. Həmin vaxt məsələ araşdırılana kimi AFFA hər iki komandanı çempionatdan kənarlaşdırmışdı. Halbuki onda da problem fərdi futbolçularla bağlı idi. Məsələn, "Baku City"də bu işlə bir futbolçunun məşğul olduğu açıqlansa da AFFA bütün komandanı cəzalandırmışdı. O məntiqlə indi "Ağsu" da çempionatdan kənarlaşdırılmalıdır...