22.10.2019 12:21
398

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukrayna ilə yoldaşlıq oyunu keçirəcək.
Cempion.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Matçın noyabrın 19-da keçiriləcəyi bildirilib.
Qeyd edək ki, millimiz Avro-2021-in seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Lixtenşteynlə üz-üzə gələcək.