çərşənbə, 02 iyul 2025

DÜNYA FUTBOLU

Qvardiolanı Kataloniyanın rəhbəri kimi görmək istəyirlər

22.10.2019 13:19 Oxundu 408


Katalon siyasətçisi Artur Mas "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın Kataloniya hökümətinin seçkilərində iştirak etmək təşəbbüsü ilə çıxış edib.
Cempion.az-ın məlumatına görə, bu barədə o, "El Confidencial"a açıqlamasında deyib: "Mənim başqa bir namizədim var. Onun siyasi təcrübəsi yoxdur. Bu, Pep Qvardioladır". A.Masın fikrincə, 48 yaşlı mütəxəssis Kataloniya Jeneralitetinə (hökuməti) başçılıq edə bilər.
Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə müqaviləni uzatmaq istəmədiyi və "Barselona"ya qayıda biləcəyi iddia olunur. Onun ailəsi Kataloniyada yaşayır.