22.10.2019 16:00
448

İspaniya La Liqasında növbəti məşqçi istefası rəsmilşib. "Leqanes" klubu baş məşqçi Maurisio Pelleqrino ilə yollarını ayırıb. Cempion.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Buna komandanın ölkə çempionatında uğursuz çıxışı səbəb olub. "Leqanes"i müvəqqəti olaraq Luis Sembranosun çalışdıracağı açıqlanıb.
"Leqanes" 9 turdan sonra cəmi 2 xal toplayaraq La Liqada sonucu - 20-ci pillədə qərarlaşıb.