22.10.2019 16:48
439

"Transfermarkt" 20 yaşadək braziliyalı futbolçuların reytinqini açıqlayıb. Cempion.az xəbər verir ki, "10-luq"da ilk 2 yeri Madrid "Real"ının futbolçuları tutur. 1-ci pillənin sahibi Vinisius Junyor 70 milyon avro qiymətləndirilib. 2-ci yerdə "qalaktikos"un 18 yaşlı digər üzvü Rodriqo qərarlaşıb - 40 milyon avro. Sıralamada "3-lüy"ü 20 milyon avro ilə "Fluminense"nin üzvü Joao Pedro qapayır.