
Çelsi" Ukrayna millisinin və "Atalanta"nın yarımmüdafiəçisi Ruslan Malinovskiyə "elçi" düşüb. Cempion.az xəbər verir ki, "zadəganlar"ın skautu Klod Makelele ukraynalının millidəki və klubdakı oyunlarını canlı izləyib. Fransalı mütəxəssis oyunları izlədikdən sonra Malinovskinin çıxışı barədə rəhbərliyə məlumat verib. O, 26 yaşlı yarımmüdafiəçinin çıxışını yüksək dəyərləndirib. Məhz bundan sonra "Çelsi" adıçəkilən futbolçunu mövsüm sonuna kimi izləyib, yayda isə transfer etmək istəyini qətiləşdirib.
"Atalanta" ilə müqaviləsi 2024-cü ildə başa çatacaq Malinovskinin transfer dəyəri 12,5 milyon avrodur. 2015-ci ildən Ukrayna millisində çıxış edən Malinovski "Çelsi"yə keçərsə, Andrey Şevçenkodan sonra bu kluba transfer edilən ikinci ukraynalı olacaq. Yarımmüdafiəçi karyerası ərzində “Şaxtyor”, “Sevastopol”, “Zorya”, “Genk” klublarında oynayıb.